Koronavirusun yoluxma faizi ən çox BAKIDADIR
    • 3-07-2020, 17:42
    • 440

Koronavirusun yoluxma faizi ən çox BAKIDADIR

Koronavirusa ümumi yoluxmanın 55,1 faizi Bakıya düşür.

News24.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

Onun sözlərinə görə, Abşeron 16,3 faiz, Gəncə-Qazax 8,4 faiz, Aran 7,5%, Lənkəran 5,8 %, Quba-Xaçmaz 1,6 %, Şəki-Zaqatala 1,4%, Yuxarı Qarabağ 1,1%, Dağlıq Şirvan 1,2% təşkil edir. Yoluxmanın 1,3 %-i xaricdən gələnlərdə aşkarlanıb.