Dövlətə inamın meyarı - Müşfiq Abbasov yazır
    • 4-07-2020, 13:58
    • 1 321

Dövlətə inamın meyarı - Müşfiq Abbasov yazır

Bəzən hökumət də yanlış qərarlar qəbul edə bilər. 

Çünki dövləti idarə edənlər, hökumətdə təmsil olunanlar da insandır. Və bütün insanlar kimi, onlar da səhv edə bilər. 

Amma bu cür xətalardan sığortalanmağın bir qızıl qaydası var. O da qərarların kollegial, şəffaflıq prinsipi ilə verilməsidir. Digər tərəfdən, səhvə yol verildikdə belə bu, etiraf olunmalı, buna yol verən vəzifəli şəxslər mütləq cəzalandırmalıdır. 

Bu nəyə görə vacibdir? Hüquqda belə bir deyim var, cinayət cəzasız qalmamalıdır. Bu, fikir xalqın həyatı üçün vacib qərarların qəbulunda yol verilən səhvlərə də aid olunmalıdır. O zaman vətəndaşın dövlətə və onun qurumlarına inamı yaranacaq, güclənəcək. Eyni zamanda vəzifəli şəxsin cəzalandığını görən vətəndaş dövlətin əsl sahibinin məhz xalq olduğunu anlayacaq. 

Bu bir aksiomadır ki, əvəzedilməz işçi yoxdur. Bütün səhv etmiş işçiləri başqaları və daha layiqliləri ilə əvəz etmək mümkündür. 
Yox əgər vətəndaş görsə ki, hökumət, vəzifəli şəxslər öz səhvini etiraf etmir və səhvə yol verənlər yenə iş başında saxlanılır, bax, o zaman dövlətə inam itir. 

Dövlət orqanlarında şəffaflıq və təmizlik bütün problemləri həll etməyə imkan verən yeganə meyardır.

Müşfiq Abbasov