Rəsul çoxdankı arzusunu həyata keçirdi - FOTOSESSİYA
    • 6-07-2020, 12:55
    • 442

Rəsul çoxdankı arzusunu həyata keçirdi - FOTOSESSİYA

Müğənni Rəsul Əfəndiyev yeni fotosessiyasını təqdim edib.

News24.az xəbər verir ki, sənətçi fərqli obrazda fotoqraf Toğrul Qurbanovun kamerası qarşısına keçib. 

R. Əfəndiyev at sürmək arzusunu fotolayihə ilə həyata keçirdiyini bildirib:“Birdən elə bilərsiniz ki, bu İndiana Consun macəralarıdır, elə deyil! At sürməyi öyrənmək çoxdandır ki, arzum idi. Dünyanın ən vəfalı heyvanlarından biri olan atla hər zaman dostluğa can atmışam. Lakin işlər imkan vermirdi. Karantin dövrü yaranan vaxt fürsətindən istifadə edərək bu arzumu reallaşdırdım. Atla dostluğumuzu da tarixə həkk etdiyi üçün yaradıcı qrupumuza təşəkkürlər”. 

Qeyd edək ki, Rəsulun obrazı üzərində stilist Leyli Məmmədova çalışıb, qrimini isə Elnur Talıbov həyata keçirib. Layihənin prodüseri Azər Kərimovdur.