“Əl yumağa bir qaşıq su tapmırıq”- SUMQAYITLILAR ETİRAZ EDİR
    • 17-07-2020, 12:35
    • 744

“Əl yumağa bir qaşıq su tapmırıq”- SUMQAYITLILAR ETİRAZ EDİR

“Neçə gündür su gəlmir, dözə bilmirik artıq. Bizim binalara daimi su çəkiləndə çənlər yığışdırıldı. Ona görə ehtiyatda su saxlaya bilmirik. İndi də yayın bu istisində əl yumağa belə bir qaşıq su tapmırıq”. 

Bu barədə News24.az-a müraciətində Sumqayıt şəhər sakini Ləman Babayeva bildirib. 2-ci mikrorayonda yaşayan sakin bu məsələdə yardıımçı olmağımızı istəyib: “Yaşlı adamam, hündür mərtəbədə qalırıq, mən indi gedim hardan su tapım?!”. 

Səfura Əliyeva adlı Sumqayıt sakini də su problemi ilə bağlı saytımıza müraciət edib: “Biz də 13-cü mikrorayonda yaşayırıq. Suyumuz neçə gündür ki, gəlmir. İki uşağım var, yaydı, suya hər an, hər dəqiqə ehtiyac olur. Evdə çənimiz də yoxdur. Deyirlər su daimidir, neynirsiz çəni. Bu da daimi su... Özü də pandemiya vaxtı susuz qalmaq olar?!”. 

Məsələ bağlı “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinə  sorğu ünvanladıq. Qurumdan məsələnin araşdırılacağı bildirilib. 

Afaq Mirayiq