Köşkdən 86 dondurma oğurladılar
    • 22-07-2020, 14:10
    • 1 074

Köşkdən 86 dondurma oğurladılar

Oğurluqda şübhəli bilinən Sumqayıt sakinləri T.Şahverənli, A.Rəhimov və N.Əliyev saxlanılıb. 

Daxili İşlər Nazirliyindən News24.az-a verilən məlumata görə, Baş Cinayət Axtarışı İdarəsi və müvafiq polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər ərazisindəki köşklərin birinin qarşısındakı soyuducudan 86 ədəd dondurma və bir mağazadan tütün məmulatı və danışıq kartları oğurlamaqda şübhəli bilinən Sumqayıt sakinləri, əvvəllər məhkum olunmuş T.Şahverənli, A.Rəhimov və N.Əliyev məsuliyyətə cəlb olunub.