Şirvanda üç maşın toqquşub, xəsarət alanlar var - FOTO
    • 24-07-2020, 18:32
    • 780

Şirvanda üç maşın toqquşub, xəsarət alanlar var - FOTO

Şirvan şəhəri M.Ə.Rəsulzadə küçəsində zəncirvarı qəza baş verib.

News24.az APA-ya istinadən xəbər verir ki, “VAZ-2106” markalı avtomobil yüksək sürətlə qarşı tərəfin hərəkət zolağına çıxaraq "Mitsubishi Pajero" və "Chevrolet" markalı avtomobillərlə toqquşub.

Nəticədə sürücülər müxtəlif dərəcəli xəsarətlərlə Şirvan şəhər xəstəxanasına yerləşdirilib. “VAZ-2106”nın sürücüsünün vəziyyəti ağır olduğundan o reanimasiyaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.