"Bakı məktəblərinin çoxu pandemiyaya hazırdır" - BŞTİ müdiri
    • 17-08-2020, 18:57
    • 644

"Bakı məktəblərinin çoxu pandemiyaya hazırdır" - BŞTİ müdiri

"Bu gün Bakı məktəblərinin çoxu pandemiyaya hazırdır". 

News24.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin rəsmi “Facebook” səhifəsi üzərindən yeni tədris ilinə hazırlıqla bağlı canlı yayımda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev deyib. R.Tağıyev qeyd edib ki, burada müvafiq vətəndaş məsuliyyəti lazımdır:"Məsafənin qorunması və gigiyena qaydalarına riayət edilsə, tədris prosesinin fəaliyyəti təşkil ediləcək".