İnsanları bir yerə yığaraq obyektinin açılşını etmək istədi - FOTO
    • 21-08-2020, 10:13
    • 429

İnsanları bir yerə yığaraq obyektinin açılşını etmək istədi - FOTO

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə şəhər ərazisində karantin qaydalarını pozaraq insanları biryerə toplayıb,  yeni obyektin açılışı məqsədilə məclis təşkil edən şəxs müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan News24.az-a verilən məlumata görə,  polis əməkdaşları tərəfindən həmin ünvana baxış keçirilən zaman icarədar C.Uqalayevanın kişi salonunun açılışı məqsədilə qapalı məkanda  20-yə yaxın şəxsi biryerə toplayaraq məclis təşkil etdiyi və karantin qaydalarını pozduğu aşkarlanıb.

İcarədar  barəsində Balakən Rayon Polis Şöbəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.