Şəhidin evindən oğurluq
    • 26-08-2020, 15:34
    • 673

Şəhidin evindən oğurluq

Bərdə rayonundan oğurluq hadisəsi baş verib.

Rayonun Kətəlparaq kəndində qeydə alınıb. Belə ki, şəhid Fərahim Quliyevin evindən televizor oğurlanılıb.

Hadisə ilə bağlı News24.az-a məlumat verən şəhidin yaxını Xariqə Quliyeva bildirib ki, dəfələrlə “102 Zəng Xidmət”inə, polis şöbəsinə müraciət etmələrinə baxmayaraq işə ciddi yanaşılmır.

Sözügedən məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən News24.az-a bildirlib ki, faktla bağlı Bərdə rayon Polis Şöbəsində cinayət işi başlanılıb: “Cinayət əməlini törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin istintaqa cəlb olunması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir və məsələ polis şöbəsinin diqqətindədir”.