Bakıda piyadanı avtomobil vurub
    • 1-09-2020, 13:42
    • 387

Bakıda piyadanı avtomobil vurub

Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

News24.az-ın məlumatına görə, hadisə Xəzər rayonu, Binə qəsəbəsində qeydə alınıb.

Rayon sakini, 1994-cü il təvəllüdlü Məmmədli Habil Ceyhun oğlu yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçərkən onu minik avtomobili vurub.

O, ağır vəziyyətdə 3 saylı şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.