Azərbaycana qanunsuz siqaret gətirilməsinin qarşısı alınıb
    • 17-09-2020, 10:51
    • 307

Azərbaycana qanunsuz siqaret gətirilməsinin qarşısı alınıb

Dövlət Gömrük Komitəsinin (DGK) Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları 5 fakt üzrə siqaretlərin qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin qarşısını alıblar. 

Bu barədə News24.az-a qurumun mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, İdarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstan istiqamətindən gələn, 2 ədəd "Mercedes-Benz", "Volvo", "Scania" və "Man" markalı yük nəqliyyat vasitələri saxlanılıb.

Gömrük baxışı zamanı nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilən, ümumilikdə 7000 ədəd müxtəlif markalı siqaretlər aşkarlanıb.

Faktlarla bağlı araşdırmalar aparılır.