“Cəbhənin Qubadlı istiqamətində düşmən mövqeləri ataraq qaçıb” - MN
    • 6-11-2020, 13:29
    • 5 577

“Cəbhənin Qubadlı istiqamətində düşmən mövqeləri ataraq qaçıb” - MN

Cəbhənin Qubadlı-Laçın istiqamətində gedən döyüşlərdə Azərbaycan Ordusunun atəş zərbələrinə tab gətirə bilməyən düşmən mövqeləri ataraq qaçıb.

Bu barədə News24.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Məlum olub ki, Ermənistandan gətirilərək müdafiə zolağına yerləşdirilən 556-cı və 522-ci motoatıcı alayların bölmələri onlara tapşırılan hədlərə çıxmayıb. Eyni zamanda şəxsi heyət hazırlıqsız, təcrübəsiz və intizamsız olmaqla yanaşı, verilən əmr və tapşırıqlara da səhlənkar yanaşıb.