Rusiyalı hərbi eskpert Xocalı faciəsindən danışdı:
    • 14-11-2020, 13:18
    • 403

Rusiyalı hərbi eskpert Xocalı faciəsindən danışdı: "Humanitar dəhlizdə kütləvi qətliam həyata keçirildi" - VİDEO

"İnsanların gedərkən evlərini yandırmasını izləmək çox ağırdır, lakin Paşinyanın və Ermənistann digər hakimiyyətdə olan şəxslərinin "Kazan Formulu"nu həyata keçirmək şansı var idi. İşğal edilən 5 rayon, daha sonra isə 2 rayonu Azərbaycana geri vermək, sonrakı danışıqlarla isə Dağlıq Qarabağın statusunun təyin olunmasını aydınlıq yetirmək olardı. Buna heç kim mane olmurdu. Paşinyan bu müharibənin baş tutması üçün hər şeyi etdi. Ermənistan hakimiyyəti başda Paşinyan olmaqla erməni xalqının bu gün çəkdiyi əzablarda günahkardır".

News24.az xəbər verir ki, bu sözləri "60 dədiqə" verilişində  rusiyalı hərbi ekspert İqor Korotçenko deyib. Ekspert azərbaycanlıların və ermənilərin əraziləri tərk etmələrini müqayisə edərək, Xocalı faciəsini xatırladıb:"Onlara həqiqətən də əraziləri tərk etmək üçün 7 gün vaxt verilib. Amma azərbaycanlıların həmin yerləri necə tərk etdiyini sizə xatırladım. Onlar silahların altında, ən yaxşı halda 10 saat vaxt verilərək Qarabağı tərk etdilər. Bizim sülhməramlılar isə hazırda silahdan istifadə olunmaması üçün nəzarət edirlər. Xocalını xatırlayaq. Yüzlərlə dinc azərbaycanlı, uşaq, qadın yaşlı vəhşicəsinə məhv edildi. Həmin vaxt onlar üçün humanitar dəhliz açılmışdı. Həmin humanitar dəhlizdə kütləvi qətliam həyata keçirildi. 21-ci əsrin qətliamı". Azərbaycanlılar öz ərazilərini bax belə tərk etmişdi".