Ağdamın Şelli kəndində Azərbaycan bayrağı ucaldılıb
    • 22-11-2020, 10:30
    • 445

Ağdamın Şelli kəndində Azərbaycan bayrağı ucaldılıb

Azərbaycan Ordusunun bölmələri Ağdam rayonunun Şelli kəndində üçrəngli dövlət bayrağımızı ucaldıblar.

Bu barədə News24.az AZƏRTAC-a istinadən xəbər verir.

İşğalçı Ermənistan silahlı qüvvələrinin əvvəllər yerləşdiyi hərbi hissənin ərazisi mina və digər partlayıcılardan təmizlənib.

Sonra hərbçilərimiz sıra düzülüşündə Dövlət Himnini ifa edib və Azərbaycan bayrağını ucaldıblar.