Bakı sakinindən 6 kq narkotik götürülüb
    • 4-01-2021, 15:08
    • 313

Bakı sakinindən 6 kq narkotik götürülüb

Paytaxt sakini narkotiklə saxlanılıb. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən xəbərə görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində  Səbail rayonunun ərazisində Bakı şəhər sakini P.Quliyevdən 6 kiloqram 24 qram heroin aşkar edilərək götürülüb.