"Ermənilər bu heykəlləri bizə pulla satıblar..." - Prezident İlham Əliyev - VİDEO
    • 15-01-2021, 17:05
    • 387

"Ermənilər bu heykəlləri bizə pulla satıblar..." - Prezident İlham Əliyev - VİDEO

"Ermənilər dahi şəxsiyyətlərimizin büstlərini təhqir edəndən sonra onları əridib satmaq, pul əldə etmək üçün Ermənistana aparmışdılar. Görün nə qədər alçaq keyfiyyətli insan olmalısan ki, tarixi şəxsiyyətlərin xatirə büstlərini güllə ilə vurasan, təhqir edəsən, sonra aparıb bunu əritmək istəyəsən".

News24.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad olunan Şuşa şəhərinə səfəri zamanı deyib. Dövlət başçısı bildirib ki, o vaxt Polad Bülbüloğlu bundan xəbər tutub və ulu öndər Heydər Əliyevə müraciət edib:"Görülmüş tədbirlər nəticəsində bu büstlər ermənilərdən alındı. Onu da açıq deməliyəm, pulla alındı. Satdılar onlar. Necə ki, hər şeyi satıblar ömrü boyu. Büstləri də biz pulla almışıq. O vaxt gətizdirdik və onlar İncəsənət Muzeyinin həyətində yerləşdirildi".