“Şirin Həyat”ın müştəriləri cərimələndi
    • 19-02-2021, 14:12
    • 477

“Şirin Həyat”ın müştəriləri cərimələndi

Zaqatalada karantin qaydalarını pozaraq gecə saatlarında fəaliyyət göstərən çay evi aşkarlanıb.

DİN-in Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, şəhərin Vidadi küçəsində yerləşən “Şirin həyat” adlı çay evinin gecə saat 12-dən sonra fəaliyyət göstərdiyi müəyyən olunub. Obyekti icarə əsasında işlədən rayonun Aşağı Tala kənd sakini Orxan Ramazanov və orada olan 6 nəfər Polis Şöbəsinə gətirilib.

Onların hər biri qanunvericiliyə uyğun olaraq inzibati məsuliyyətə cəlb ediliblər.