Nilüfər koronavirusa qarşı PEYVƏND OLUNDU - VİDEO
    • 19-02-2021, 17:35
    • 603

Nilüfər koronavirusa qarşı PEYVƏND OLUNDU - VİDEO

Türkiyənin məşhur müğənnisi Nilüfər koronavirusa qarşı peyvənd olunub.

News24.az
xəbər verir ki, o, həmin prosesin görüntülərini "İnstagram"da paylaşıb. Bundan sonra izləyicilər onun vaksin vurdurmasına şübhə iləyanaşıb, hətta bir istifadəçi "bu korona peyvəndi deyil. Vaksinlər sol qoldan vurulur, bu nədir?" yazıb.

Müğənninin sözügedən rəyə cavabı belə olub: "Xanım, döş xərçəngindən əziyyət çəkmişəm. Prosedur sol qolun altındakı limfadan edildiyi üçün peyvənd orada tətbiq olunmadı. Güləcək bir şey yoxdur, elə deyilmi?!"