Bakıda orta məktəbdən 7 000 manatlıq büst oğurlandı
    • 27-03-2021, 12:18
    • 257

Bakıda orta məktəbdən 7 000 manatlıq büst oğurlandı

Buzovna qəsəbəsindəki orta məktəblərdən birinin qarşısında quraşdırılmış 7000 manat dəyərində latun və bürüncdən olan büstü oğurlanıb.

DİN-in Mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, Bakı şəhər Baş Polis İdarəsi və Xəzər RPİ 2-ci Polis Şöbəsi əməkdaşları əməliyyat-axtarış tədbirləri keçirib.

Hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri E.Mirzəyev, V.Quliyev, əvvəllər məhkum olunmuşlar E.Mirzəyev, E.İsgəndərov, R.Səmədov saxlanılıb.