MN: "Orduda gənc əsgərlərin hazırlığına xüsusi diqqət yetirilir" - VİDEO
    • 15-04-2021, 12:57
    • 430

MN: "Orduda gənc əsgərlərin hazırlığına xüsusi diqqət yetirilir" - VİDEO

Azərbaycan Ordusunun bütün hərbi hissələrində hərbi xidmətə yeni çağırılmış gənc əsgərlərin hazırlığına xüsusi diqqət yetirilir, bu kateqoriyadan olan hərbi qulluqçularla müxtəlif nəzəri və praktiki məşğələlər keçirilir.

Bu barədə News24.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Məşğələlərdə gənc əsgərlərə hərbi intizam qaydaları öyrədilir, onların sıra vərdişləri formalaşdırılır və təkmilləşdirilir. Məşğələ rəhbərləri tərəfindən keçirilən dərslərdə şəxsi heyətə sıra hazırlığının fənn və elementləri öyrədilir.

Hərbi hissələrdə hərbi qulluqçuların fiziki hazırlığına da xüsusi önəm verilir. İdman şəhərciklərində şəxsi heyətlə fiziki hazırlıq üzrə dərslər keçirilir. Dərslər zamanı şəxsi heyət müxtəlif idman qurğularında məşqlər keçir müxtəlif normativlər yerinə yetirir.

Azərbaycan Ordusunda günün nizam qaydasına uyğun olaraq hərbi qulluqçuların asudə vaxtını səmərəli keçirməsi üçün hərbi hissələrdə istirahət guşələri, ideoloji otaqlar mövcuddur. Burada hərbi qulluqçular hərbi mətbu orqanlarının nəşr etdiyi qəzet, jurnal və digər məhsulların yeni buraxılışları ilə tanış olurlar.