-
- 16-04-2021, 19:51
- 510
Bu, Ermənistanın səmimiyyətinə şübhə yaradır - BAYRAMOV
Təəssüf ki, hələ də Ermənistanın destruktiv münasibəti ilə üzləşməyə davam edirik. Buraya qeyri-sabitlik yaradan addımlar və regiondakı sülh və təhlükəsizlik üçün ortaya çıxan perspektivləri pozan bəyanatlar daxildir.
Bu fikirlər Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun “TRT Deutsch”da yayımlanan və münaqişə sonrası regiondakı reallıqlar barədə olan məqaləsində yer alıb.
“İlk üçtərəfli bəyanatın (10 noyabr 2020-ci il tarixli) imzalanmasından sonra diversiya qruplarının Azərbaycan ərazisinə göndərilməsi və Azərbaycana qarşı terror aktlarının törədilməsi, bunun müqabilində həmin qrupların “hərbi əsir” kimi sərbəst buraxılmasının tələb edilməsi, habelə Azərbaycanın minalanmış ərazilərin xəritələrinin verilməsi tələbinə məhəl qoymaması üçtərəfli bəyanatın həyata keçirilməsini təhdid edir. Bu mövqe həm də Ermənistanın Azərbaycanla münasibətləri qarşılıqlı şəkildə suverenliyin, ərazi bütövlüyünün və beynəlxalq sərhədlərin toxunulmazlığının tanınması və hörmət edilməsi əsasları ilə normallaşdırmaq məsələsində səmimiyyətinə ciddi şübhə yaradır”, - nazir bildirib.
Eyni zamanda XİN başçısı Azərbaycan tərəfinin BMT-nin başçılığı ilə beynəlxalq ictimaiyyətin bölgədə mehriban qonşuluq münasibətlərinin bərpasına yönəlmiş üçtərəfli razılaşmaların həyata keçirilməsində mühüm rol oynamalı olduğuna qətiyyətlə inandığını vurğulayıb.
“Dinc, firavan və sabit gələcəyə yalnız birgə qətiyyət, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı ilə bağlı beynəlxalq öhdəliklərə tam əməl edilməsi əsasında nail olmaq olar. Ermənistan bunu nə qədər tez dərk etsə, bir o qədər tez bölgədəki davamlı sülhdən və inkişafdan faydalanacaq”, - məqalədə deyilir. /Axar.az/