"Korifeylərimizi bir-bir itiririk" - RASİM BALAYEV
    • 18-04-2021, 15:42
    • 609

"Korifeylərimizi bir-bir itiririk" - RASİM BALAYEV

"Gəncliyindən son illərədək çox mükəmməl filmllər çəkib. Mən onun "Babək" və digər filmlərində rol almışam. Çox gözəl rejissor, həm də pedaqoq idi. Saysız tələbələr yetişdirib".

Bu sözləri News24.az-a açıqlamasında Xalq artisti Rasim Balayev deyib. Onun sözlərinə görə, mərhum hərtərəfli, olduqca yaradıcı insan idi: "Çox heyif. Düzdür, yeni nəsl gənclər yetişir, amma təəssüf ki, korifey sənətkarlarımızı bir-bir itiririk. Bu, bizim üçün çox  ağır itkidir. Ümid edirəm ki, onları əvəzləyən gənclər yetişəcək".