Marşrut xətləri üzrə avtobusların hərəkətində GECİKMƏ VAR
    • 19-04-2021, 09:09
    • 222

Marşrut xətləri üzrə avtobusların hərəkətində GECİKMƏ VAR

Bakının Nəsimi rayonunun 28 May və Kövkəb Səfərəliyeva küçələrinin kəsişməsində yeraltı qaz xəttində təmir işləri aparılır.

News24.az Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir ki, bu səbəbdən də hazırda Yusif Səfərov küçəsi ilə kəsişmədən qazıntı işləri aparılan hissəyədək nəqliyyat vasitələrinin hərəkətində sıxlıq yaranıb.

Sıxlıqla əlaqədar bu hissədən keçən müntəzəm və ekspres olmaqla ümumilikdə 11 marşrut xətti üzrə avtobusların hərəkət intervalında gecikmələr var.