"Müddətsiz əlillik təyinatında pensiyanın kəsilməsi mümkünsüzdür"- SƏDR
    • 5-05-2021, 15:20
    • 940

"Müddətsiz əlillik təyinatında pensiyanın kəsilməsi mümkünsüzdür"- SƏDR

"Müddətsiz əlillik təyinatında pensiyanın kəsilməsi mümkünsüzdür. Kimlərin əliliyi kəsilibsə, yəqin ki, hər hansı bir uyğunsuzluq aşkar edilib. Qanunvericilikdə ikinci qrupda əlilliyi olan şəxslərə 10 il, 3-cü qrupda olanlara isə 15 il əlillik təyin edilir".

News24.az
xəbər verir ki, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Cavid Əbdul-Qədirov əlilliyin qiymətləndirilməsi və reabilitasiya sahəsində bu ilin ilk rübündə görülmüş işlərə və qarşıda duran hədəflərə dair keçirdiyi mətbuat konfransında bildirib.
C.Əbdül-Qədirov bildirib ki, əlilliyi olan vətəndaş müavinəti alır deyə səhiyyə müəssisəindən ayrılmalıdır: "Hər hansı bir qrup təyinatına yenidən baxılması mümkündür. Buna qrupun möhkəmləndirilməsi deyirik".