"Daha sağlam gələcək" adı altında vaksinasiya aksiyası baş tutub - Fotolar
    • 20-05-2021, 13:16
    • 300

"Daha sağlam gələcək" adı altında vaksinasiya aksiyası baş tutub - Fotolar

Ölkəmizdə Nazirlər Kabinetinin təsdiq etdiyi “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”nın icrası istiqamətində insanların peyvənd edilməsi prosesi uğurla həyata keçirilir.

News24.az xəbər verir ki, bu ilin yanvar ayının 18-dən etibarən həyata keçirilən aksiyada əhalinin demək olar ki, xeyli hissəsi artıq vaksinin ikinci dozasını qəbul edib.

Mayın 20-də Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatında  partiyanın Gənclər Birliyinin təşəbbüsü və TƏBİB-in təşkilatçılığı ilə vaksinasiya aksiyası həyata keçirilib. TƏBİB-in səyyar briqadası tərəfindən təşkil olunan vaksinasiya aksiyasında könüllülük əsasında 150-yə yaxın partiyanın fəal üzvü iştirak edib. Tədbirin məqsədi ölkənin ictimai-siyasi həyatında fəal iştirak edən partiya gənclərinin virusa qarşı immun sistemini gücəndirmək və eyni zamanda pandemiya ilə mübarizə tədbirləri çərçivəsində gənclərin rolunun artırılmasından ibarətdir.

Qeyd edək ki, ölkəmizdə COVID-19 infeksiyasına qarşı mübarizə məqsədilə əhalinin peyvənd olunması prosesinin yüksək keyfiyyətlə təşkil edilməsi üçün bütün zəruri tədbirlər görülür.