Makrona sillə vuranın cəzası bəlli oldu
    • 10-06-2021, 21:30
    • 512

Makrona sillə vuranın cəzası bəlli oldu

Fransanın Valanse şəhərinin məhkəməsi prezident Emanuel Makrona sillə vuran Damien Tarrel haqda qərar qəbul edib.

News24.az xəbər verir ki, qərara əsasən o, dörd ay müddətinə həbs edlib. D.Tarrelin dərhal həbsxanaya göndərildiyi qeyd olunub.

Hökmə etiraz etmək üçün tərəflərə 10 gün vaxt verilib.