Mətanətin keçmiş gəlini: “Oğlumu məndən döndərdilər” - VİDEO

Mətanətin keçmiş gəlini: “Oğlumu məndən döndərdilər” - VİDEO
ŞOU-BİZNES / Video

24-07-2021, 12:27

Mətn ölçüsü

Əməkdar artist Mətanət İsgəndərlinin keçmiş gəlini Canana “İnstagram”da övladları ilə video yayımlayıb. 

News24.az xəbər verir ki, o, paylaşımında bildirib ki, keçmiş ailəsi uşaqları ona qarşı döndərib: "Övladlarım mənim canım nəfəsimdir Onların saqlamlıqı gələcəyi stressiz həyatına görə əlimdən gələni etdim və edirəmdə.Bu görüntüləri dünən icrada onların məndən alınacaq qərarını və kimi seçəcəklərini gözləyərkən çəkdim. Moskvadan qayıdan gündən uşaqları götürdülər itə dişlətdilər oqlumu bunu gizlin saxladılar uşaqları özləriylə toylara apardılar butun rejimlərini korladılar, Və hər birinin başlarını oyuncaqla gəzintiylə döndərdilər. Mən analara müraciyyət edirəm sizcə biz qadınlar haqqımız olanı dövlətimizdən istəməliyik yoxsa necə. Böyuk oqlum Tuncayım mənim arxa dayaqım hər zaman məni müdafiyyə eden balamı belə məndən 2 günə döndərdilər. Dedi mən onları seçdim çünki onlar mənə velosiped alacaq məni Antalyaya aparacaq.,mənim öz otaqım olacaq. Bu mənim üçün o qədər ağır zərbə oldu yeni bu qədərmi dünya malı dəyərlidir. Bu acımı da Allahdan istəyirəm mənə güc versin və haqq öz yolunu tapsın".

Instagram