Bakıda səyyar avtobus məntəqələrində peyvəndlənməyə başlanıldı - TƏBİB - Fotolar
    • 18-08-2021, 18:35
    • 443

Bakıda səyyar avtobus məntəqələrində peyvəndlənməyə başlanıldı - TƏBİB - Fotolar

TƏBİB-in təşkilatçılığı ilə həyata keçirilən səyyar vaksinasiya briqadaları fəaliyyətini uğurla davam etdirir.

News24.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin əməkdaşı Elnarə Baxış Feysbuk hesabında yazıb.

Mətbuat katibi bildirib ki, ölkəmizdə koronavirusa qarşı aparılan vaksinasiya prosesinin daha da sürətləndirilməsi, vətəndaşların peyvəndə əlçatanlığının təmini edilməsi məqsədilə səyyar vaksinasiya briqadaları bundan sonra mobil avtobuslar vasitəsilə də xidmət göstərəcəklər. Artıq paytaxtın bir neçə ərazisində səyyar avtobus məntəqələrində peyvəndlənməyə başlanılıb. 

Vaksin məntəqələrinin ünvanı: Abbas Mirzə Şərifzadə küçəsi (3 saylı ASAN xidmət-in yaxınlığı)

Əsəd Əhmədov küçəsi,  Bravo ticarət mərkəzi ilə üzbəüz (Qismət şadlıq sarayının yaxınlığı)

Səyyar tibb məntəqələri həftənin 6 günü saat 9:00-dan 19:00 -a kimi fəaliyyət göstərəcək. 

Hər bir vətəndaşımızdan özünü və ətrafındakıları qoruması üçün vaksin olunmasını xahiş edirik.