Bu ilin sonuna qədər 70 məktəb istismara veriləcək
    • 25-08-2021, 16:04
    • 326

Bu ilin sonuna qədər 70 məktəb istismara veriləcək

2021-2022-ci tədris ilinə 22 məktəb tikinti və əsaslı təmir işlərindən sonra təhvil veriləcək.

Təhsil Nazirliyindən News24.az-a verilən məlumata görə, əlavə olaraq 15 modul tipli məktəb quraşdırılacaq. 

2021-ci ilin sonuna ümumilikdə 38 məktəb, o cümlədən 1 peşə məktəbi və 31 modul tipli məktəb istismara veriləcək.

Aşağıdakı fotolarda Xaçmaz, Samux, Gəncə, Hacıqabul, Siyəzən və Şirvan bölgələrində yenilənmiş məktəblərdən görüntüləri təqdim edirik: