Nazir müavini: “Azərbaycan 100-dən artıq erməni əsir və girovu azad edib”
    • 30-08-2021, 10:23
    • 316

Nazir müavini: “Azərbaycan 100-dən artıq erməni əsir və girovu azad edib”

“İşğaldan azad edilmiş ərazilərdə kütləvi məzarlıqlar tapılır, onların kimə məxsus olduğu barədə araşdırmalar aparılır”.

News24.az xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Elnur Məmmədov deyib.

O bildirib ki, Azərbaycan beynəlxalq təşkilatlarla geniş əməkdaşlıq edir: “Azərbaycan götürdüyü əsirlərlə beynəlxalq qanunlara uyğun davranır. Azərbaycan eyni zamanda əsirlərin ailələri ilə əlaqə saxlanması üçün şərait yaradır. Azərbaycan 100-dən artıq erməni əsir və girovu azad edib”.