Yanğınla mübarizənin effektivliyi ilə bağlı təlim keçirildi
    • 2-09-2021, 14:18
    • 302

Yanğınla mübarizənin effektivliyi ilə bağlı təlim keçirildi

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin nümayəndələri ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şimal regionunda fəaliyyət göstərən qurumlarının əməkdaşlarının birgə təlimi keçirilib.    

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, yanğın təhlükəsizliyi qaydalarına həsr olunan təlimdə iştirakçılara hadisə baş verən anda düzgün koordinasiyanın qurulması, qüvvə və texnikaların vaxtında əraziyə cəlb edilməsi, yanğınların başvermə səbəblərinin araşdırılması və birgə mübarizə üsullarının effektiv təşkili barədə təlimatlar verilib.