Xarici vətəndaşlar harda vaksin olunmalıdır?
    • 6-09-2021, 11:37
    • 333

Xarici vətəndaşlar harda vaksin olunmalıdır?

Azərbaycanda müvəqqəti yaşama hüququ olan şəxslər və turislər COVID-19 vaksini olunmaqda çətinlik çəkirlər. Redaksiyamıza müraciət edən bəzi xarici vətəndaşlar bununla bağlı yaşadıqları ünvana yaxın polikliniklara müraciət etsələr də, vaksinasiyadan keçə bilmədiklərini qeyd edirlər.

Bu şəxslər hansı poliklinikalara müraciət etməlidirlər?

Məsələ ilə bağlı News24.az-ın sorğusunu cavablandıran TƏBİB-in ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Elnarə Baxış bildirib ki, ölkəmizdə müvəqqəti yaşayış icazə olanlar vaksinlə bağlı 1 saylı Kliniki Tibbi Mərkəzə (Semaşko) müraciət etməlidirlər. 

Azərbaycana turist kimi gələnlərin məsələsinə gəlincə isə bu, hazırda müzakirə olunur: "Ölkəmizdə olan tursistlərin vaksinasiya məsələsi Nazirlər Kabineti yanında müzakirə edilir. Bununla bağlı hələlik bir qərar yoxdur”.