Bu gün 64 mindən çox peyvənd vurulub
    • 11-09-2021, 18:33
    • 327

Bu gün 64 mindən çox peyvənd vurulub

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 64 520 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan News24.az-a verilən məlumata görə, bu gün birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 23 286, ikinci mərhələ üzrə 41 234 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 7 557 554, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 488 930, ikinci mərhələ üzrə isə 3 068 624 nəfər təşkil edir.