Şadlıq saraylarında yoxlama - FOTOLAR
    • 28-10-2021, 11:38
    • 225

Şadlıq saraylarında yoxlama - FOTOLAR

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları fəaliyyətinə qanunamüvafiq qaydada icazə verilən şadlıq evlərində profilaktiki tədbirlər  keçiriblər. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional News24.az-a qrupundan verilən məlumata görə, tədbirlər zamanı şadlıq evi rəhbərlərinə Operativ Qərargahın qəbul etdiyi toy, nişan, ad günü və digər mərasimlərin keçirilməsi barədə qərarlarla bağlı məlumatlar verilib, hansı sayda və hansı normalara uyğun qonaqların qəbul edilməsinin mümkünlüyü çatdırılıb.

Tədbirdə şadlıq saraylarında keçirilən mərasimlər zamanı toya dəvət olunan qonaqların COVID-19 pasportları da yoxlanılıb. Qonaqlar arasında peyvənd olunmayan şəxslər isə məclislərə  buraxılmayıb. Həmin şəxslərlə şöbə əməkdaşları profilaktiki söhbətlər apararaq mövcud qaydalara riayət etmələrinin vacibliyi çatdırıblar.