Zelenski Xarkovdakı komanda mərkəzinə baş çəkdi
    • Dünən, 21:50
    • 52

Zelenski Xarkovdakı komanda mərkəzinə baş çəkdi

Ukrayna prezidenti Zelenski Xarkov vilayətində komanda mərkəzinə baş çəkib.

News24.az xəbər verir ki, Zelenski səfəri zamanı burada xidmət edən əsgərlərə medallar təqdim edib.

Ukrayna lideri komanda mərkəzinə səfəri ilə bağlı açıqlamasında “Xarkov istiqamətində. Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələrinin Vovçansk vilayətində İrəli Komandanlıq Mərkəzi. Mən bu gün Əlahiddə Ümumqoşun Ordusunun döyüşçülərinin peşə gününü qeyd etmək və onlara dövlət mükafatlarını təqdim etmək üçün orada olmaq şərəfinə nail oldum. Mən onların düşmən xəttinin arxasında, eləcə də şəhər və kəndlərimizin müdafiəsi və işğaldan azad edilməsi zamanı göstərdikləri şücaət, qəhrəmanlıq əməliyyatlarına görə minnətdaram" deyib.

Günel Məlikzadə