Şəkidə koronavirus xəstəsi SAXLANILDI
    • 6-11-2021, 11:04
    • 300

Şəkidə koronavirus xəstəsi SAXLANILDI

Şəkidə polis əməkdaşları tərəfindən keçirilən nəzarət-profilaktik tədbirlər zamanı aktiv koronavirus xəstəsi ictimai yerdə aşkar olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan News24.az-a verilən məlumata görə, şəhər sakini Rəşad Məmmədova ev şəraitində müalicə təyin olunmasına baxmayaraq, o, sanitar-karantin qaydalarını pozaraq yaşadığı ünvanı tərk edib.

Həmin şəxslə izahedici söhbətlər aparılıb və yaşadığı evə geri qaytarılıb.