Sahil Babayevdən AĞLASIĞMAZ RƏQƏM: "Bir nəfər  1 milyon 800 min manat SAXTA PENSİYA alıb
    • 18-12-2021, 13:23
    • 425

Sahil Babayevdən AĞLASIĞMAZ RƏQƏM: "Bir nəfər 1 milyon 800 min manat SAXTA PENSİYA alıb"

"Azərbaycanda saxta yollarla pensiya alanların sayı çoxdur. Hətta bir nəfər 1 milyon 800 min manat saxta pensiya alıb. Bəzi hallarda makler vasitəsi ilə ünvanlı sosial yardım alırlar. Bir müddət sonra bunun üstü açılır və ləğv verilir. Biz maklerlərlə mübarizə aparırıq və bunun köklü şəkildə həllinə çalışırıq".

News24.az xəbər verir ki, bunu 4 saylı Dost Mərkəzində media rəhbərləri ilə bu gün keçirilən görüşdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir qeyd edib ki, təxminən 100 minə yaxın insan ünvanlı sosial yardım üçün müraciət edib: "O müraciətlərdən 50 mininə təsdiq, qalanına isə imtina verilib".