Gədəbəydə yük avtomobili yandı
    • 26-12-2021, 10:21
    • 549

Gədəbəydə yük avtomobili yandı

Gədəbəy rayonunun Yenikənd kəndində “ГАЗел” markalı yük avtomobilinin kabinə və mühərrik hissəsi yanıb.

News24.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.