Şəhidlərin xatirəsinə 1 dəqiqəlik SÜKUT - Video
    • 20-01-2022, 12:00
    • 658

Şəhidlərin xatirəsinə 1 dəqiqəlik SÜKUT - Video

Azərbaycanda bu gün saat 12:00-da 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

News24.az xəbər verir ki, nəqliyyatın və piyadaların hərəkəti dayandırılıb, Bakı buxtasındakı gəmilər, qatarlar siqnal verib. 

20 Yanvar - Ümumxalq hüzn günü münasibətilə Azərbaycanın xarici diplomatik korpuslarında, dövlət qurumlarında, hərbi hissələrində və gəmilərdə dövlət bayraqları endirilib.

Qeyd edək ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu Bakı şəhərinə daxil olaraq, dinc əhalini vəhşicəsinə gülləbaran edib. Hadisə nəticəsində 131 nəfər şəhid olub, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz olaraq həbs edilib.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!