Vətəndaş şikayət etdi, məsələ həll olundu
    • 28-01-2022, 14:53
    • 266

Vətəndaş şikayət etdi, məsələ həll olundu

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) rəsmi internet səhifəsinin “Eko-Radar” bölməsinə Bakı şəhəri, Əhmədbəy Ağaoğlu küçəsində ağacların dibinin asfaltlanması ilə bağlı daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Vaqif Cavadov News24.az-a bildirib ki, xidmət əməkdaşlarının nəzarəti altında ağacların dibi Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin işçiləri tərəfindən asfaltdan təmizlənib və onlara aqrotexniki xidmət göstərilib.