Bu şəxslərin NƏZƏRİNƏ
    • 29-01-2022, 15:23
    • 350

Bu şəxslərin NƏZƏRİNƏ

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etmək istəyən vətəndaşlara müraciət olunub. 

News24.az xəbər verir ki, COVİD 19 virusunun yayılmasının qarşısını almaq, həmçinin, vətəndaş məmnuniyyəti və operativ xidmətin təmin edilməsi məqsədi ilə cari ilin 1 fevral tarixindən etibarən vətəndaşların əyani qəbulu üçün qeydiyyat yalnız onlayn rejimdə həyata keçiriləcək.

Qəbula yazılmaq üçün www.dtsera.az linki vasitəsilə qeydiyyatdan keçərək və ya +994 99 819 19 23 WhatsApp nömrəsinə fərdi məlumatlarınızı göndərərək onlayn növbə ala bilərsiniz.