Bakıda hər kəsin marağına səbəb olan avtomobil - VİDEO
    • 16-02-2022, 10:52
    • 426

Bakıda hər kəsin marağına səbəb olan avtomobil - VİDEO

Bakıda bir neçə gündür ki, küçələrdə dolaşan və üzərində xüsusi qurğular yerləşdirilmiş qırmızı rəngli avtomobil sürücülərin və sakinlərin marağına səbəb olub.

News24.az-ın məlumatına görə, paytaxtın müxtəlif hissələrində peyda olan bu avtomobilin üzərindəki dirəyə bərkidilmiş 360 dərəcəli kameranın nəyə xidmət etdiyi sual doğurub.

Ekspertlər bildiriblər ki, bu avtomobil xüsusi kamera vasitəsilə Bakının bütün küçələrini "location" üzrə qeyd edərək fotolarını çəkir və bu görüntülər beynəlxalq xəritə sistemi olan Google Map-a 3D formatında yerləşdirilir.