Şəmkirdə çay evində dava düşdü, maşın atəşə tutuldu
    • 14-03-2022, 14:44
    • 805

Şəmkirdə çay evində dava düşdü, maşın atəşə tutuldu

Şəmkirdə silahlı insident yaşanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən News24.az-a bildirilib ki, Şəmkir Rayon Polis Şöbəsinə martın 13-də Şiştəpə kəndi ərazisindəki çay evlərinin birində kənd sakinləri N.Bağıyevin və əvvəllər məhkum olunmuş - E.Nağıyev və qardaşının xuliqanlıq zəminində biri-birilərini döymələri barədə məlumat daxil olub.

E.Nağıyevin ov tüfəngindən açdığı atəş kənd sakini H.Həsənova məxsus “Mercedes” markalı avtomobilə dəyib. E.Nağıyev və N.Bağıyev saxlanılıblar. E.Nağıyevdən qanunsuz saxladığı “İJ” markalı ov tüfəngi götürülüb.

Faktla bağlı araşdırma aparılır.