19 yaşlı gənc faciəvi şəkildə öldü
    • 24-03-2022, 14:36
    • 1 678

19 yaşlı gənc faciəvi şəkildə öldü

Yaşadığı evdə sobaya yıxılaraq ağır yanıq xəsarətləri alan 19 yaşlı gənc ölüb.

News24.az APA-ya istinadən xəbər verir ki, hadisə Ağdam rayonunun Sarıcalı kəndində baş verib.

Belə ki, 2003-cü il təvəllüdlü kənd sakini Qəhrəmanov Teymur Şərif oğlu gecə saatlarında Bakı şəhərində yerləşən xəstəxanalardan birinə aparılarkən yolda keçinib.