Xəstəxanalara 69 yeni həkim təyin olunub
    • 15-04-2022, 17:55
    • 232

Xəstəxanalara 69 yeni həkim təyin olunub

Azərbaycanın xəstəxanalarına 69 yeni həkim təyin olunub.

Bu barədə News24.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, nazirlikdə bu ilin fevral ayında aparılan yekun attestasiyadan müvəffəqiyyətlə keçərək rezidentura təhsilini bitirən həkim-mütəxəssislərin təyinatı qurumun kollegiyasının müvafiq qərarı ilə təsdiq olunan “Rezidenturanı bitirən həkim-mütəxəssislərin iş yerlərinə göndərilməsi Qaydaları”na uyğun olaraq həyata keçirilib.

Belə ki, pediatriya, nevrologiya, kardiologiya, stomatologiya, onkologiya, oftalmologiya, revmatologiya və digər ixtisaslar üzrə 69 həkim-mütəxəssis təyinatda iştirak edib. Həkim-mütəxəssislər təyinat zamanı onlara təklif olunan həkim vəzifələri üzrə mövcud vakant yerlərdən seçim edib və onlara iş yerlərinə göndəriş verilib.

Qeyd edək ki, həkim-mütəxəssislər göndərişlə işə qəbul olunduqları tarixdən etibarən 3 il müddətində həmin tibb müəssisələrində işləməlidirlər