Maşın restoranın həyətinə aşdı, yaralılar var -FOTO
    • 30-05-2022, 23:45
    • 239

Maşın restoranın həyətinə aşdı, yaralılar var -FOTO

Göygöldə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Rayonun Topalhəsənli kəndi ərazisində hərəkətdə olan “Mercedes” markalı minik avtomobilinin idarəetmədən çıxaraq restoranın həyətinə aşıb.

Nəticədə üç nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Onlar 1985-ci il təvəllüdlü Vüsal Cəfərov, 1974-cü il təvəllüdlü Teyyub Qocayev və 1985-ci il təvəllüdlü Rac Mamedovdur.

Yaralılar xəstəxanaya yerləşdiriliblər. Vəziyyətləri kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır./Qafqazinfo.az/