“Elektron cinayət xəritəsi” proqramının təqdimatı keçirilib -FOTO
    • 3-06-2022, 16:28
    • 238

“Elektron cinayət xəritəsi” proqramının təqdimatı keçirilib -FOTO

03.06.2022-ci il tarixdə “Elektron cinayət işi” proqramının yenilənmiş versiyası və “Elektron cinayət xəritəsi” proqramının Baş Prokurorluğun Binəqədi rayonu, Dərnəgül sahəsində yerləşən inzibati binasında təqdimatı keçirilib. 

News24.az xəbər verir ki, Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin rəisi Murad Dadaşov tədbiri giriş nitqi ilə açaraq prokurorluq orqanlarında müasir informasiya texnologiyalarının tətbiqi barədə iştirakçılara məlumat verib.

İdarənin mühəndis-proqramçıları tərəfindən proqramların funksiyaları barədə geniş izah verilib.

Tədbirdə ölkədən istintaq aparan hüquq-mühafizə orqanları və informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən qurumların nümayəndələri iştirak edib.