Dominikan Respublikasının  naziri  iş otağında güllələndi
    • 7-06-2022, 10:47
    • 289

Dominikan Respublikasının naziri iş otağında güllələndi

Dominikan Respublikasının ekologiya və təbii ehtiyatlar naziri Orlando Xorxe Mera iş otağında güllələnərək qətlə yetirilib.

 News24.az BBC-yə istinadən xəbər verir ki, bu barədə Dominikan hökumətindən bildiriblər.

Məlumata görə, 55 yaşlı nazir müşavirə keçirərkən uşaqlıq dostu ona azı 6 dəfə atəş açıb. Hadisənin səbəbi hələ məlum deyil. Nazirin ailəsi qatilin Orlando Xorxe Meranın uşaqlıq dostu olduğunu təsdiqləyib: “Ailəmiz onu bağışlayır. Orlando heç vaxt kin saxlamazdı. Bu ondan qalan mirasdır”.

Orlando Dominikanın keçmiş Prezidenti və Çağdaş İnqilab Partiyasının əsasını qoyanlardan biri olmuş Salvador Xorxe Blankonun oğludur.

Orlando Xorxenin Meranın dul xanımı Dominikanın Braziliyadakı səfiridir. Onların iki övladı var. Uşaqlardan biri Dominkan parlamentinin deputatıdır.