Gəncədə zənciravi qəza: xəsarət alan var  - FOTO
    • 15-07-2022, 17:51
    • 368

Gəncədə zənciravi qəza: xəsarət alan var - FOTO

Gəncədə 3 avtomobil toqquşub. 

News24.az-ın məlumatına görə, zəncirvari qəza Ü.Hacibəyli küçəsində qeydə alınıb.

"VAZ 2107", "VİTO" və "Nissan" markalı avtomobillərin toqquşması zamanı birinci maşının sürücüsü xəsarət alıb. Yaralı Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Onun vəziyyəti orta-ağırdır.İlkin məlumata görə, qəzaya səbəb 'VAZ 21 07" markalı avtomobilin sürücüsünün maşını yüksək surətlə idarə etməsi olub.Faktla bağlı araşdırma aparılır.