Körpə avtomobilin baqajından yola düşdü, üzərindən onlarla maşın keçdi
    • 20-07-2022, 12:42
    • 1 673

Körpə avtomobilin baqajından yola düşdü, üzərindən onlarla maşın keçdi

Türkiyənin Şanlıurfa şəhərindən Ankaraya gedən ailənin uşağı maşının baqajından yola düşüb.

News24.az Türkiyə mediasına istinadla xəbər verir ki, Bahar B. bir yaşlı oğlu Məhəmməd Melik Bucakı yatandan sonra maşının baqaj hissəsinə qoyub.

Hərəkətdə olan avtomobilin baqaj qapısı açılıb və körpə oradan yola düşüb.

Üzərindən onlarla avtomobilin keçdiyi uşaq faciəvi şəkildə həlak olub.

5 kilometr uzaqlaşandan sonra ailə körpənin maşında olmadığının fərqinə varıb.